Qarşıdan Yeni il gəlir. Bayramla əlaqədar artıq indidən uşaqlar pirotexniki vasitələrdən istifadə etməyə başlayıblar. Düzdür, hər il rəsmi qurumlar bunun qarşısını almaq üçün tədbirlər görsələr də, lakin bayram günlərində xüsusilə Bakıda bu “bombalardan” kifayət qədər istifadə olunur.
Maraqlıdır, pirotexniki vasitələrin ölkəyə gətirilməsi, satışı, istifadəsi məhdudlaşdırılacaqmı?
1xeber.media xəbər verir ki,Globalinfo.az- danışan təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza bununla bağlı addımların atıldığını qeyd edib.
O, deyib ki, qadağa edilsə də, yenə də satışı ilə məşğul olanlar var:
“Hər il olduğu kimi, bu il də pirotexniki vasitələrin satışı məhdudlaşdırılacaq. Təəssüflər olsun ki, nə qədər məhdudlaşdırılsa da, yenə bunun qarşısını almaq mümkün olmur. Qarşısını almaq deyəndə, yəni müəyyən dərəcədə satışı məhdudlaşdırılır. Çünki tam qadağan edilə bilməz. Bəziləri boşluqlardan istifadə edib, həmin vasitələrin satışını daha miqyaslı formada həyata keçirirlər”.