Rusiyanın Xabarovsk vilayətində Rusiya Silahlı Qüvvələrinin general-mayoru Azatbek Omurbekova qarşı sui-qəsdə cəhd edilib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
“Bomba poçt qutusuna qoyulub. Omurbekovun vəziyyəti məlum deyil. Təlim rabitəsi batalyonunun komandiri, polkovnik-leytenant Kuzmenko partlayış yerində həlak olub”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Omurbekov 2022-ci ildə Ukraynanın Buça şəhərinin işğalında iştirak edən 64-cü əlahiddə motoatıcı briqadanın komandiri olub.

















