ABŞ Prezidenti Donald Tramp uğursuz sui-qəsd cəhdindən sonra da ictimai tədbirlərdə iştirakdan çəkinmək niyyətində deyil.
1xeber.media xəbər verir ki, NBC News telekanalı bu barədə ABŞ liderinin yaxın ətrafına istinadla məlumat yayıb. Məlumata görə, son hadisə Donald Trampın prezidentliyə yanaşmasını dəyişdirməsinə imkan verməyəcək və onun ictimaiyyət qarşısında çıxış qrafiki dəyişməyəcək.
Xatırladaq ki, aprelin 25-də ABŞ paytaxtındakı “Washington Hilton” hotelində Ağ Ev Müxbirləri Assosiasiyasının illik qəbulu zamanı silahlı insident baş verib. Qəbulda Donald Trampla yanaşı ABŞ-nin yüksəkrütbəli məmurları da iştirak edirmiş. Hadisə nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı yaralanıb, hücum edən 31 yaşlı Koul Tomas Allen isə saxlanılıb.

















