Bakıda səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək.
1xeber.media Report-a istinadla xəbər verir ki, bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC hazırlıqlara başlayıb.
Məlumata görə, işləri "Xezer-Construction" MMC həyata keçirəcək. Şirkətə 61,088 milyon manat ödəniləcək.

















