1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp aprelin 29-da bildirib ki, NATO tərəfdaşları Ukrayna məsələsində iştirak edirlər, lakin onlar Vaşinqtonun istədiyi kimi hərəkət etmirlər.
"Düşünürəm ki, mənim mülahizələrim tamamilə doğrudur, amma onlardan (NATO - red.) kömək istədikdə, gözlənildiyi kimi hərəkət etməmələrindən çox məyus oldum", - deyə o bildirib.
Tramp qeyd edib ki, müttəfiqlərindən kömək istəyib, baxmayaraq ki, bu, sonda lazım deyildi - bu, daha çox onların cavabını yoxlamaq üçün edilib.
















