İsrail yeni qırıcı eskadrilyaların qurulması üçün milyardlarla dollarlıq planı təsdiqləyib.
1xeber.media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kanalın məlumatına görə, İsrail hakimiyyəti F-35 və F-15İA qırıcılarını əhatə edəcək iki yeni qırıcı eskadrilyasının alınması planlarını təsdiqləyib.
"İrana qarşı kampaniya zamanı əldə olunan əməliyyat təcrübəsi bizdən hərbi gücün qurulmasını sürətləndirməyi tələb edir. Missiyamız aydındır: düşmənlərimizdən öndə olmaq", - İsrail müdafiə naziri İsrail Katz bildirib.
Katz bildirib ki, eskadrilyaların yaradılması ölkəni qorumaq üçün 350 milyard şekel (118,9 milyard dollar) dəyərində hərbi quruculuq planının ilk addımıdır.

















