Rusiya müharibənin 1552-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 152 241 PUA-sı, 661 zenit-raket kompleksi, 29 484 tank və digər zirehli texnikası, 1 725 reaktiv yaylım atəş sistemi, 35 082 artilleriya və minaatanı, 62 503 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
















