Deputat Azər Badamovun "vahid bilet”lə bağlı açıqlaması zamanı "bilet” sözünü fərqli tələffüz etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun çıxışı zamanı istifadə etdiyi ifadə tərzi bir çox istifadəçi tərəfindən çaşqınlıqla qarşılanıb və qısa müddətdə geniş rezonans doğurub.
1xeber.media xəbər verir ki,AZXEBER.COM məsələ ilə bağlı Azər Badamovun özü ilə əlaqə saxlayıb.
Deputat deyib ki, işlətdiyi ifadadə qeyri-adi heç bir hal yoxdur:
"Qeyri-adi bir ifadə işlətməmişəm. Orda tənqidlik bir söz deyilməyib. Sadəcə kimin düşüncəsi necədirsə, elə də başa düşür”.
















