ABŞ Prezidenti Donald Trampın administrasiyası strateji əhəmiyyətli Dieqo Qarsiya hərbi bazasının yerləşdiyi Çaqos arxipelaqını Böyük Britaniyadan almaq istəyir.
1xeber.media xəbər verir ki, bu barədə “Telegraf” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, Tramp bu ideyanı ABŞ-ın maliyyə naziri Skott Bessentlə müzakirə edib:
"O, bu addımı ilə Britaniyanın Baş naziri Keyr Starmerin adaya nəzarəti Mavrikiyə verməsinin qarşısını almaq istəyir".
Qeyd edək ki, adada ABŞ hərbi bazası yerləşir və mövcud İran hökumətinə təzyiq göstərmək üçün də fəal şəkildə istifadə olunur.

















