Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN – 1803349532) olub.
Tender müsabiqəsinin şərtlərinə görə, Ziyafət Fərzəliyev Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərini hazır yeməklə təmin edəcək.
Məlumatda bildirilir ki, Ziyafət Fərzəliyev sutkada 3 dəfə olmaqla bir il müddətində 2 464 nəfəri (çarpayı sayı ilə) hazır yeməklə təmin edəcək və qarşılığında 9 milyon 308 min 116 manat 12 qəpik alacaq.
Açıqlanan məlumatlardan da göründüyü kimi, sosial xidmət müəssisələrində yaşayan bir nəfərin bir günlük yemək xərci 10 manat 50 qəpik təşkil edəcək.
Yeniavaz.com