Son 5 ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistanın İdarəetmə və İnfrastruktur Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, 2024-cü il dekabrın 11-də beynəlxalq şirkətin sifarişi ilə İrəvandan Bakıya çarter reysi həyata keçirilib.
“Son beş il ərzində, 2020-ci ildən başlayaraq beynəlxalq nümayəndə heyətlərinin daşınması məqsədilə İrəvandan Bakıya və əks istiqamətdə 66 dövlət reysi həyata keçirilib”, - deyə nazirlik vurğulayıb.