Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı növbəti rəqibi bəlli olub.
1xeber.media xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Komanda iyulun 27-də Türkiyə təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşacaq.
Xatırladaq ki, "Turan Tovuz" daha əvvəl İranın U-21 yığması ilə heç-heçə edib - 1:1.















