Rusiyanın Voronej vilayətində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində xəsarət alanların olduğu bildirilib.
1xeber.media xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev məlumat yayıb.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri gecə boyu mülki obyektlərə yönəlmiş hücumların qarşısını almağa çalışıb.
“Təəssüf ki, xəsarət alanlar və ciddi nəticələr var. Əməliyyat xidmətlərinin işi başa çatdıqdan sonra ətraflı məlumat veriləcək”, – deyə Qusev bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın Ulyanovsk vilayətində yanacaq-energetika kompleksinə aid obyektin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı və ərazidə yanğın baş verdiyi bildirilmişdi.
Qeyd edək ki, məlumat Rusiya rəsmilərinin açıqlamalarına əsaslanır. Ukrayna tərəfi hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
















