Masallıda zibil poliqonunda güclü yanğın başlayıb.
1xeber.media xəbər verir ki, yanğının əhatə dairəsi əkin sahələrinə doğru genişlənir.
Bu səbəbdən əraziyə yaxın əkin sahələri üçün ciddi təhlükə yaranıb.
***
Masallıda zibil poliqonunda başlayan güclü yanğın biçilmiş taxıl sahələrinə keçib.
Report-un məlumatına görə, yanğının əhatə dairəsi genişlənərək ətrafdakı əkin sahələrinə doğru irəliləyib.
Qeyd edək ki, ətrafda biçilmiş taxıl sahələri və yaşıllıq zolaqları var.















