Çikaqo Universitetinin professoru Con Mirşaymer Ukraynanın gələcəyi ilə bağlı xəbərdarlıq edib.
1xeber.media xəbər verir ki, Mirşaymer Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədə mümkün kollapsın qarşısını almaq üçün Rusiya ilə sülh sazişi imzalamalı olduğunu bildirib. O, bu fikirləri YouTube kanalında yayımlanan verilişdə səsləndirib.
Professor qeyd edib ki, Ukrayna döyüş meydanında uğur əldə etmir. Onun sözlərinə görə, Kiyev münaqişənin hazırkı şəraitdə nə qədər uzun davam edərsə, bir o qədər çox ərazi itirə biləcəyini anlayır.
“Buna görə də düşünürəm ki, Zelenskinin vəziyyət daha da pisləşmədən əvvəl münaqişəni həll etmək üçün çox ciddi motivasiyası var”, – deyə Mirşaymer bildirib.
Ekspert həmçinin Ukraynanın vəziyyətinin Rusiya qoşunlarının silah tədarükü kanallarını kəsməsindən sonra daha da pisləşdiyini deyib.
Mirşaymerin fikrincə, bu vəziyyət Kiyev üçün ağır iqtisadi nəticələrə səbəb ola bilər.
Qeyd edək ki, professor daha əvvəl Qara dəniz limanlarının blokadaya alınmasının Ukrayna üçün fəlakətli nəticələr doğuracağını bildirmişdi. Onun sözlərinə görə, bu, Ukrayna iqtisadiyyatına bərpası mümkün olmayan zərər vurub.
















