Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus avtomobillər satışa çıxarılır.
1xeber.media İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən əldə etdiyi məlumata görə, siyahıda 18 dövlət qurumuna aid 51 nəqliyyat vasitəsi yer alıb.
Məlumata görə, hərrac 30 yanvar 2025-ci il tarixində keçiriləcək.
Satışa çıxarılan nəqliyyat vasitələrinin satart qiymətləri 6000 manatdan 90000 manatadək dəyişir.
Qeyd olunub ki, nəqliyyat vasitələri üzrə cərimə və məhdudiyyətlərlə bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin olunmalıdır.
Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.