ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
1xeber.media xəbər verir ki, M.Miller bu barədə “X” hesabında paylaşım edib.
““Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə birlikdədir, yaralılara isə tezliklə sağalmalarını diləyirik. Qazaxıstan və Azərbaycan rəhbərliyinə yardım etməyə hazırıq”, - deyə Miller qeyd edib.