Hindistanın keçmiş baş naziri Manmohan Sinq 93 yaşında Yeni Dehlidə vəfat edib.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 26-da siyasətçinin müalicə olunduğu Bütün Hindistan Tibb Elmləri İnstitutu məlumat yayıb.
Keçmiş baş nazir evində qəflətən huşunu itirdikdən sonra Nyu-Dehlidəki institutun təcili yardım şöbəsinə aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, siyasətçini xilas etmək mümkün olmayıb.
“Hindistanın keçmiş Baş naziri doktor Manmohan Sinqhın 92 yaşında vəfat etməsini dərin hüznlə elan edirik. O, yaşa bağlı xəstəliklərdən müalicə alırdı və 26 dekabr 2024-cü ildə evində qəfil huşunu itirdi. Dərhal reanimasiya tədbirlərinə başlanılıb”, - X sosial şəbəkəsində (keçmiş Twitter) qeyd edilib.