ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni miqrantların Amerika torpaqlarında doğulmuş uşaqları olsa belə, ölkədən qovacaq.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ sərhəd təhlükəsizliyinin gələcək kuratoru Tomas Homan məlumat verib.
“Problem budur. Ölkədə qeyri-qanuni olduğunuzu bildiniz və uşaq sahibi olmaq qərarına gəldiniz. Deməli, siz ailənizi bu vəziyyətə salırsınız”, o, “The Washington Post”a müsahibəsində deyib.
Homanın sözlərinə görə, səlahiyyətlilər valideynlərə tək və ya uşaqları ilə birlikdə getmək imkanı verəcək.