Moskvada Lefortovo tunelində iki avtomobilin iştirakı ilə qəza baş verib.
1xeber.media xəbər verir ki, qəza nəticəsində “Lexus” markalı avtomobili idarə edən sürücü dünyasını dəyişib.
Bundan başqa, avtomobildə olan bir sərnişin də yaralanıb. Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsi bir nəfərin öldüyünü təsdiqləyib.
“Üçüncü Nəqliyyat Halqasının çöl hissəsində (Lefortovo tunelində) qəza baş verib. Şəhərin təcili yardım xidmətləri hadisə yerindədir. 1 km məsafədə nəqliyyatın hərəkəti çətinləşib”, - deyə paytaxtın Nəqliyyat Departamentinin Telegram kanalında qeyd olunub.