Gürcüstanda müxalifətin ölkədə vəziyyətin yenidən gərginləşməsini təmin etmək üçün resursları yoxdur.
1xeber.media xəbər verir ki, bu fikirləri Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib.
“Vəziyyətin gərginləşməsi şansı yoxdur. Ən əsası odur ki, təxminən 500 nəfərdən ibarət zorakı resurs zərərsizləşdirilib”, - deyə o, aydınlaşdırıb. Kobaxidzenin sözlərinə görə, zorakılıq etmək üçün resurs olmayanda müxalifətin vəziyyətin gərginləşməsi üçün şansı yoxdur.
Bundan başqa, baş nazir onu da təklif edib ki, fevralda parlamentin yaz sessiyası açılanda müxalifət boykota son qoyaraq qanunverici orqanın işinə qoşulacaq.