1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Rəttkliffin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təmaslarının planlaşdırılmadığını bildirib.
“Putinlə təmaslar planlaşdırılmayıb”, – deyə Peskov TASS-a açıqlamasında bildirib.
Qeyd edək ki, Peskov daha əvvəl Rəttkliffin Moskva səfərinin xüsusi xidmət orqanları arasında təmaslarla bağlı olduğunu açıqlamışdı. Səfərin digər detalları barədə məlumat verilməyib.
MKİ rəhbəri avqustun 25-də gözlənilmədən Rusiyaya gəlib. Həmin gün səhər saatlarında Moskvadakı Vnukovo hava limanına ABŞ-a məxsus Boeing C-17 Globemaster III hərbi-nəqliyyat təyyarəsi eniş edib.

















