“Dünən səhər saatlarında “Pantsir-1C” raket əleyhinə raketin yuxarı hissəsi Vladiqafqaz istiqamətində düşüb”.
Bu barədə “Bez Tormozov” Teleqram kanalı yazıb.
“Bəzi məlumatlara görə, eyni hissənin Qroznının Şalinski rayonuna da düşməsi barədə yazılırdı.
Daha dəqiq bu barədə hökumətyönlü yerli media yazıb. Lakin sonra Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbəri fonunda hər şey silinib.
Qeyd edək ki, dünən Bakı-Qroznı istiqamətində uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarənin Qroznı üzərində “Pantsir” raketi ilə vurulduğu ehtimal edilir.