Orta Dəhlizin iki əsas gücü Bişkekdə bir araya gəlir. Bakı və Astana Xəzər üzərindən qlobal tranziti sürətləndirmək üçün yeni ortaq addımları müzakirə edir.
1xeber.media xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə ikitərəfli görüşünün keçirilməsi planlaşdırılır.
Görüşün əsas müzakirə mövzusunu Mərkəzi Asiya resurslarının və Çin yüklərinin Xəzər dənizi vasitəsilə Avropaya daşınmasını nəzərdə tutan "Orta Dəhliz" layihəsinin genişləndirilməsi təşkil edəcək. İki ölkə arasında dəmir yolu və dəniz nəqliyyatı rüsumlarının sinxronlaşdırılması, həmçinin rəqəmsal gömrük dəhlizlərinin yaradılması istiqamətində son hazırlıqlar masaya yatırılacaq.
Liderlər həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparacaqlar.















