Avrasiyanın taleyini həll edən sammit – Regional təhlükəsizlik və rəqəmsal tranzit layihələri üçün ortaq bəyannamə hazırlanır.
1xeber.media xəbər verir ki,Qırğızıstanın paytaxtı Bişkek şəhərində 17 dövlətin liderinin və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə genişləndirilmiş "ŞƏT+" formatında iclaslar start götürüb. Sammitə xüsusi qonaq qismində dəvət olunan Azərbaycan Prezidenti İlham Əliyev də müzakirələrə qatılıb.
Bu il təşkilatın 25 illik yubileyinə təsadüf edən sammitdə əsas diqqət regional təhlükəsizlik, beynəlxalq hüquq normalarının qorunması və çoxqütblü ticarət əlaqələrinə yönəlib. Avrasiya məkanında rəqəmsal ticarət şəbəkələrinin qurulması və nəqliyyat dəhlizlərinin diversifikasiyası məqsədilə tədbirin sonunda tarixi Bişkek Bəyannaməsinin qəbul edilməsi gözlənilir.
Azərbaycan regionda formalaşan logistik layihələrdə mərkəzi bağlantı körpüsü kimi qiymətləndirilir.















