Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Camal Qardaşov vəzifədən azad olunub.
1xeber.media Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov Əmr imzalayıb.
C.Qardaşovun öz ərizəsi əsasında tutduğu vəzifədən azad edildiyi bildirilir.
Qeyd edək ki, Camal Qardaşov TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovun yaxın qohumudur.
















