ABŞ Maliyyə Nazirliyi Gürcüstanın keçmiş baş naziri, “Gürcü Arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvilini Rusiya əleyhinə sanksiyalar siyahısına daxil edib.
1xeber.media xəbər verir ki, bu barədə idarənin saytında dərc olunmuş məlumatda deyilir.
O, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) Xüsusi Təyin edilmiş Vətəndaşlar (SDN) siyahısına əlavə edilib.
İvanişvili 2012-ci ilin oktyabrından 2013-cü ilin noyabrına qədər baş nazir vəzifəsində çalışıb.
Gürcüstanda Avrointeqrasiya ilə bağlı danışıqların dayandırılması və müxalifətin parlament seçkilərinin nəticələri ilə razılaşmaması səbəbindən etirazlar var.