1xeber.media xəbər verir ki, Çin Prezidenti Si Cinpin BRICS sammitində iştirak etmək üçün Hindistana səfər edib.
Bu, Çin liderinin son yeddi ildə Hindistana ilk səfəridir. Səfər iki Asiya ölkəsi arasında münasibətlərin ehtiyatlı şəkildə bərpa olunduğu bir dövrə təsadüf edir.
Məlumata görə, sentyabrın 12-si axşam Si Cinpinlə Hindistanın Baş naziri Narendra Modi arasında görüş keçiriləcək.
Qeyd edək ki, BRICS sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin də Hindistana səfəri gözlənilir. Yeni Dehlidə onun gəlişi üçün xüsusi hazırlıqlar görülüb və şirniyyat ustaları Putinə həsr olunmuş şokoladlı matryoşkalar hazırlayıblar.
















