1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin BRICS sammitində iştirak etmək üçün Hindistanın “Bharat Mandapam” konqres mərkəzinə gəlib.
Məlumata görə, sentyabrın 12-də burada BRICS ölkələri liderlərinin məhdud tərkibdə görüşü keçiriləcək.
Putini Hindistanın Baş naziri Narendra Modi qarşılayıb. İki lider uzun müddət əl sıxaraq görüşüb. Daha sonra Putin gözləmə otağına keçib.
Qeyd edək ki, Yeni Dehlidə Putinin səfəri ilə bağlı xüsusi hazırlıqlar görülüb. Şirniyyat ustaları Rusiya liderinin gəlişi şərəfinə şokoladdan matryoşkalar hazırlayıb, aşpazlar isə rus və hind mədəniyyətlərini əks etdirən xüsusi təamlar hazırlayıblar.
















