1xeber.media xəbər verir ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan daha 7 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bu barədə sentyabrın 25-də Moskva meri Sergey Sobyanin məlumat verib. Onun sözlərinə görə, sonuncu hadisə ilə birlikdə paytaxta doğru uçan və zərərsizləşdirilən PUA-ların sayı 17-yə çatıb.
Mer bildirib ki, dronların qalıqlarının düşdüyü ərazilərdə xüsusi xidmətlərin əməkdaşları fəaliyyət göstərir.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.















