AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşü vacib qərarlar və strateji mesajlarla yadda
qaldı.
Zirvə Görüşünün ən mühüm nəticələrindən biri Azərbaycanın AQEM-ə sədrliyinin 2028-
ci ilədək uzadılması oldu. Üzv dövlətlərin bu qərara yekdil dəstəyi ölkəmizə göstərilən
beynəlxalq etimadın və Azərbaycanın uğurlu diplomatik fəaliyyətinin bariz nümunəsidir.
Çıxışlarda Azərbaycanın təşkilatın inkişafına verdiyi töhfələrin xüsusi vurğulanması da bu
reallığı təsdiqləyir.
Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışı isə Azərbaycanın mövqeyinin ifadəsi
ilə yanaşı, bütövlükdə beynəlxalq münasibətlər sistemində mövcud problemlərə prinsipial
yanaşma idi. Dövlət başçısı beynəlxalq hüququn aliliyinin təmin olunması, dövlətlərin
suverenliyinə və ərazi bütövlüyünə hörmət, ikili standartlara son qoyulmasının vacibliyini
diqqətə çatdırdı. Xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun illər icrasız
qalması ilə bağlı səsləndirilən fikirlər beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsi
üçün təsirli mexanizmlərin yaradılması zərurətini bir daha gündəmə gətirdi.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra
Ermənistana sülh təklif etməsi də dövlətimizin regional sabitliyə verdiyi önəmin göstəricisidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, mövcud sülhün qorunması və möhkəmləndirilməsi
mühüm vəzifədir.
Dövlət başçımızın beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən
mexanizmlərin yaradılması barədə çağırışı qlobal əhəmiyyət daşıyır.
Azərbaycan AQEM platforması üzərindən də ədalətli və dayanıqlı beynəlxalq nizamın
formalaşması üçün qəbul olunmuş qərarların kağız üzərində qalmamasını, münaqişələrin
qarşısının alınması üçün real və işlək mexanizmlərin yaradılmasını tələb edir.
Zirvə Görüşündə həmçinin iqtisadi və nəqliyyat əlaqələri, rəqəmsallaşma və yaşıl enerji
sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq iradə nümayiş etdirildi. Trans-
Xəzər fiber-optik xətti, Xəzər Yaşıl Enerji Dəhlizi, beynəlxalq nəqliyyat marşrutlarının inkişafı
ilə bağlı səsləndirilən təşəbbüslər Azərbaycanın Avrasiyada strateji bağlantı mərkəzi kimi
rolunun daha da gücləndiyini göstərir.
Bakı Bəyannaməsinin qəbul edilməsi, AQEM-in institusional inkişafının dəstəklənməsi
və təşkilatın tamhüquqlu beynəlxalq təsisata çevrilməsi istiqamətində irəliləyişlər də Zirvə
Görüşünün mühüm siyasi nəticələri sırasındadır. Bu prosesdə Azərbaycanın fəal iştirakı
ölkəmizin beynəlxalq əməkdaşlıq mexanizmlərinin formalaşmasına töhfəsini bir daha nümayiş
etdirdi.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri














