1xeber.media xəbər verir ki, portuqaliyalı futbolçu Kriştiano Ronaldo mineral su istehsalı sahəsinə 10 milyon avro investisiya yatırıb.
Portuqaliyanın SIC Notícias nəşrinin məlumatına görə, futbolçunun yeni biznesdə tərəfdaşı Grupo Ouhterinho şirkəti olacaq. Şirkət də layihəyə eyni məbləğdə — 10 milyon avro investisiya qoyacaq.
Mineral suyun Portuqaliyanın Braqansa bələdiyyəsində istehsalı planlaşdırılır. Zavodun tikintisinin başa çatdırılması və yeni brendin bazara çıxarılması 2027-ci ilin sonuna nəzərdə tutulub.
Qeyd edək ki, 41 yaşlı Ronaldo daha əvvəl də su biznesinə maraq göstərib. O, 2023-cü ilin yayında Madriddə təqdim olunan Ursu9 su brendinin ortaq sahiblərindən birinə çevrilib.














