
1xeber.media xəbər verir ki, payız mövsümündə bazarlarda meyvə-tərəvəzin qiymətində ucuzlaşma müşahidə olunur. Alma, üzüm və narın qiyməti aşağı düşüb.
Satıcılar qiymət azalmasını məhsul bolluğu ilə əlaqələndirirlər. Alıcılar da hazırkı qiymətləri münasib hesab edirlər.
İqtisadçı Ruslan Atakişiyev bildirib ki, kənd təsərrüfatı məhsulları mövsümündə daha münasib qiymətə satılır. Onun sözlərinə görə, qış aylarında bu məhsulların yenidən bahalaşması gözlənilir.















