Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.
1xeber.media məlumatına görə, hadisə rayonun Hamarqışlaq kəndində qeydə alınıb.
Belə ki, gənclər arasında mübahisə yaranıb. Münaqişə zamanı tərəflər kəsici-deşici alətə əl atıblar.
Hadisə nəticəsində iki nəfər - 2002-ci il təvəllüdlü Rəhim Rövşən oğlu Qiyasov (döş boşluğunun sağ yarısının, döş boşluğunun sağ qəfəsinin ön səthinin kəsilmiş yarası) və 2004-cü il təvəllüdlü Elmir Namiq oğlu Teymurov (qarın divarının ön hissəsində kəsilmiş yarası) xəsarətlər alıblar.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb, vəziyyətləri həkimlər tərəfindən nəzarətə götürülüb.
Faktla bağlı araşdırma aparılır.