Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanı Ukraynanın Rusiya ərazisinə hücumları üçün hədəflərin müəyyənləşdirilməsində iştirak etməkdə ittiham edib.
1xeber.media xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Londonun Rusiyanın dərinliklərində yerləşən hərbi obyektlərə pilotsuz uçuş aparatları ilə zərbələr endirilməsi barədə açıqlamaları Britaniyanın hədəflərin siyahısını müəyyənləşdirdiyini və bu məlumatları Kiyevə ötürdüyünü göstərir.
Diplomat bildirib ki, Böyük Britaniyanın münaqişədəki əsas məqsədi Ukraynanı silahla təmin edərək Rusiyaya mümkün qədər böyük zərər vurmaqdır.
Zaxarova, həmçinin Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Kiyevə verdiyi tövsiyələri xatırladaraq, bunun Ukraynanın İstanbul razılaşmalarından imtina etməsinə təsir göstərdiyini iddia edib.
Qeyd edək ki, avqustun 16-da Qərb mediası Ukraynanın Britaniya istehsalı olan pilotsuz uçuş aparatlarından Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirmək üçün istifadəyə başladığını yazıb.
















