1xeber.media xəbər verir ki, Çində süni intellekt (Sİ) sektorunda mümkün maliyyə köpüyü ilə bağlı narahatlıqlar fonunda texnologiya şirkətlərinin səhmlərində ciddi ucuzlaşma qeydə alınıb.
Çinin 50 iri texnologiya şirkətini əhatə edən STAR50 indeksi cəmi dörd ay ərzində 40 faiz geriləyib. Bu müddətdə şirkətlərin ümumi bazar kapitallaşması 480 milyard dollar azalıb.
Bununla yanaşı, Çinin əsas fond indekslərindən biri olan CSI300 də iyun ayında qeydə alınan maksimum göstərici ilə müqayisədə təxminən 20 faiz aşağı düşüb.
Mütəxəssislərin narahatlığı süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin bazar dəyərinin real gəlirləri və iqtisadi perspektivləri ilə əsaslandırılmadan sürətlə artması ilə bağlıdır.
Maliyyə köpüyü şirkətlərin və ya bütöv bir sektorun bazar dəyərinin həddindən artıq yüksəlməsi, daha sonra isə səhmlərin kəskin ucuzlaşması ilə nəticələnə bilən vəziyyətə deyilir.
















