1xeber.media xəbər verir ki, Slovakiya parlamentinin sədr müavini Tibor Qaşpar Avropa İttifaqının (Aİ) Rusiyaya münasibətdə siyasətinin gələcəkdə dəyişə biləcəyini bildirib.
Brüssel və Moskva arasındakı münasibətlərin gələcək istiqaməti bir sıra amillərdən asılı olacaq. Bunlara Ukraynadakı münaqişənin gedişi, Avropada təhlükəsizlik vəziyyəti, diplomatik danışıqların nəticələri, Aİ-yə üzv ölkələrin qərarları və ABŞ Prezidenti Donald Trampın addımları daxildir.
Slovakiyalı deputatın sözlərinə görə, xarici siyasət təhlükəsizlik, iqtisadiyyat və diplomatiya sahələrində yaranan yeni şəraitə uyğun dəyişə bilər.
Qaşpar bildirib ki, hazırda Aİ Rusiyaya qarşı sanksiya təzyiqini davam etdirir və Ukraynaya dəstək verir. Bununla belə, Slovakiya da daxil olmaqla, bəzi üzv dövlətlər məhdudiyyətlərin miqyası, enerji siyasəti və gələcək nizamlanmanın şərtləri ilə bağlı fərqli mövqelər sərgiləyirlər.
O, Rusiya dizel yanacağının ABŞ bazarına tədarükü ətrafında müzakirələri Qərb ölkələrinin Moskva ilə iqtisadi əlaqələrə yanaşmalarındakı fikir ayrılıqlarına nümunə göstərib.
















