
Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə daxil olaraq əməliyyat keçirib.
1xeber.media xəbər verir ki, məlumatı Ukrayna ordusu məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin 73-cü Dəniz Mərkəzinin döyüşçüləri minalanmış sahələrdən keçərək bir neçə gün ərzində düşmənin (Rusiya hərbçiləri -red) şəxsi heyətini və texnikasını məhv edib.
Bundan başqa, əməliyyat zamanı Rusiya ordusunun bölmələrinə məxsus hərəkət marşrutları, şəxsi heyət siyahıları və digər mühüm materiallar ələ keçirilib.
















