ABŞ hərbi təyyarələri İranın Qeşm adasında yerləşən raket buraxılış obyektinə zərbə endirib.
1xeber.media xəbər verir ki, bundan sonra İranın Bəhreyn və Küveyt istiqamətində dron hücumları həyata keçirdiyi bildirilir.
Bəhreyn və Küveyt hava hücumundan müdafiə sistemlərinin bir sıra dron və raketləri zərərsizləşdirdiyini açıqlayıb. Regionda gərginliyin artması Hörmüz boğazında gəmiçilik və neft daşımaları ilə bağlı narahatlıqları gücləndirib.
















