1xeber.media xəbər verir ki, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Ukraynada davam edən müharibənin bir çox rusiyalının ən yaxşı insani keyfiyyətlərini üzə çıxardığını bildirib.
Bu barədə onun açıqlamasını “RİA Novosti” yayıb.
Patriarxın sözlərinə görə, bir çox insan hərbçilərə və münaqişədən zərər çəkənlərə kömək etmək üçün vaxtını, pulunu, hətta şəxsi təhlükəsizliyini belə əsirgəməyib.
Kirill həyatını itirənlər, o cümlədən hərbi keşişlər, tibb işçiləri və könüllülərin fədakarlığını da xüsusi qeyd edib.
O əlavə edib ki, cəbhədən qayıdan veteranların dinc həyata uyğunlaşması üçün hələ çox iş görülməlidir.
















