Mərhum Xalq artisti Elmira Şabanova ilə vida mərasimi sabah saat 11:00-da Təzəpir məscidində keçiriləcək.
1xeber.media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dəfn mərasimi isə Yasamal qəbiristanlığında olacaq.
Qeyd edək ki, E. Şabanova bu gün 86 yaşında dünyasını dəyişib.
















