Litva hakimiyyəti Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamaq niyyətində deyil.
1xeber.media xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Mühafizəsi Xidmətinin rəhbəri Donatas Şkarnulis LRT telekanalının efirində bildirib.
Onun sözlərinə görə, hazırkı vəziyyət sərhəd-keçid məntəqələrinin bağlanmasını zəruri edəcək həddə çatmayıb.
“Düşünmürəm ki, vəziyyət sərhəd-keçid məntəqələrinin bağlanmasının zəruri olduğu mərhələyə çatıb”, – deyə Şkarnulis qeyd edib.
Beləliklə, Litva tərəfi Rusiya ilə sərhəddə mövcud keçid məntəqələrinin fəaliyyətini davam etdirməyi nəzərdə tutur.
















