Dünən Almaniya hava limanlarında baş verən polis kompüter sistemlərinin genişmiqyaslı sıradan çıxması kiberhücumun nəticəsi deyil.
1xeber.media xəbər verir ki, bu barədə DPA agentliyi yanvarın 4-də Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Onlar bildiriblər ki, haker hücumu və ya İT təhlükəsizlik insidentinin əlamətləri yoxdur.
Qeyd olunur ki, nasazlıq Federal Kriminal Polis İdarəsinin idarə etdiyi sistemdə baş verib.