1xeber.media xəbər verir ki, 2024-cü il dekabrın 20-də Almaniyanın Maqdeburq şəhərində törədilən terror aktının qurbanlarının sayı 6 nəfərə çatıb. Bu barədə Die Welt DPA-ya istinadən xəbər verir.
Naumburq prokurorluğunun nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, hücum nəticəsində 52 yaşlı qadın həyati təhlükəsi olmayan xəsarətlər alıb. Zərərçəkən yanvarın 6-da xəstəxanada ölüb.
Dekabrın 20-də Almaniyanın Maqdeburq şəhərində yüksək sürətlə gələn avtomobil Milad bazarına gələn izdihamın üzərinə çırpılıb. Saksoniya-Anhalt federal əyaləti hökumətinin rəsmi nümayəndəsi Matias Şuppe hadisəni terror aktı adlandırıb.
Daha əvvəl Maqdeburqda Milad bazarına hücum edən şəxs hərəkətini izah edib. Baş prokuror Horst Hopens deyib ki, hücuma səbəb "Səudiyyə Ərəbistanı qaçqınlarına münasibətdən narazılıq" ola bilər.