Donald Trampın prezidentliyi ABŞ tarixində dönüş nöqtəsi olacaq və ölkəni ya çiçəklənməyə, ya da məhvə apara bilər.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 6-da Vaşinqtonda Kapitoliyə hücumun iştirakçısı, “şaman” kimi tanınan amerikalı Ceyk Anjeli danışıb.
“Tramp administrasiyası əslində tarixdə bir növ dönüş nöqtəsidir. Biz yüksəlişə və pozitivliyə gedə bilərik, ya da yox olmaya və mənfiliyə gedə bilərik”, - Anjeli RİA Novosti-yə müsahibəsində bildirib.
O qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının gələcəyi yeni seçilmiş prezident Donald Trampın administrasiyasından asılıdır.