ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları iki neft şirkətinə, treyderlərə və xammal daşıyan 180-ə yaxın gəmiyə təsir edəcək.
1xeber.media xəbər verir ki, Reuters ekspertləri Bayden administrasiyasının son sanksiyalarının mümkün hədəflərini adlandırıblar.
Son sanksiyalar paketi ən sərtlərdən biri adlandırılır. İddialara görə, məhdudiyyətlər “Qazpromneft”, “Surqutnefteqaz” və 180 tankerə şamil ediləcək.