ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Moskva ilə danışıqlar uğurlu olarsa, Rusiya əleyhinə sanksiyaların bir qismini ləğv edə bilər.
1xeber.media xəbər verir ki, bunu cümə günü, yanvarın 10-da amerikalı politoloq Malek Dudakov deyib.
Ekspertin fikrincə, müəyyən razılaşmalar əldə olunarsa, Tramp Rusiya aktivlərinin bir hissəsini də qaytara bilər.
“Trampın andiçmə mərasimindən dərhal sonra sanksiyalar ləğv edilməyəcək. Bu məsələ, aktivlər məsələsi kimi, danışıqlarda təzyiq rıçaqı kimi istifadə olunacaq və nəticə bu danışıqların nəyə gətirib çıxaracağından asılıdır”, - deyə Dudakov Lenta.Ru ilə söhbətində bildirib.