ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya və Kanadanı ABŞ-a birləşdirmək planları mübahisəli və narahatlıq doğurur.
1xeber.media xəbər verir ki, bu fikri Polşanın baş naziri Donald Tusk bildirib.
“ABŞ-ın yeni administrasiyasının bəzi bəyanatları və planları, xüsusən də Kanada və ya Qrenlandiyanın qoşulması, Avropadakı bəzi hərəkətlər və digər ölkələrdə seçki vəziyyətinə təsiri – bütün bunlar müəyyən narahatlıq hissi yaradır və mübahisəlidir. "deyə polşalı siyasətçi hesab edir.
Eyni zamanda Tusk qeyd edib ki, Avropa İttifaqı ilə ABŞ arasındakı münasibətlər “qiymətsizdir”.
Bundan əvvəl təqaüdçü amerikalı diplomat Cim Jatras bildirmişdi ki, Tramp Qrenlandiyanı almaq istəyi ilə bağlı bəyanatları ilə digər ölkələri qorxutmağa çalışır. Onun fikrincə, ABŞ dünyanın ən böyük adasını almaqdan və ya zəbt etməkdən heç bir maddi mənfəət əldə etməyəcək, çünki onun öz təbii ehtiyatları var.