Kremlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasından Rusiya ilə ABŞ arasında gözlənilən danışıqlarla bağlı heç bir mesaj daxil olmayıb.
1xeber.media xəbər verir ki, bunu yanvarın 16-da Rusiya prezidentinin köməkçisi Yuri Uşakov VGTRK jurnalisti Pavel Zarubinlə söhbətində bildirib.
Uşakovun sözlərinə görə, Kreml Trampın komandasının öz mövqelərini tutmasını və işə başlamasını gözləyir.
"Mən Moskvanın oturub Vaşinqtondan telefon zəngini gözlədiyi təəssüratını yaratmaq istəməzdim", - Uşakov vurğulayıb.