Yəmənin Husilərin Ənsar Allah hərəkatı Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minənə qədər İsrailə zərbələr endirməyə davam edəcək.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Əlavə olaraq qeyd edilir ki, İsrail Fələstinin radikal HƏMAS hərəkatı ilə atəşkəs razılaşmasından çıxsa, husilər zərbələri davam etdirəcək.
Bundan əvvəl HƏMAS-İsrail atəşkəs razılaşması ətrafında son mübahisələrin həll olunduğu məlum olub. Bununla belə, razılaşmanın əlavə təfərrüatları və ya aradan qaldırılan konkret ziddiyyətlər barədə məlumat verilməyib.